İSTİFADƏ QAYDALARI

Meqakod.com saytından ("Xidmət") və ya hər hansı Meqakod.com xidmətlərindən istifadə etməklə siz aşağıdakı qaydalara ("İstifadə Qaydaları") riayət edəcəyinizə dair razılıq verirsiniz. Hüquqi şəxs adından bu şərtlərlə razılaşırsınızsa, həmin hüquqi şəxsə, onun filiallarına və hesabınız vasitəsilə xidmətlərimizə daxil olan bütün istifadəçilərə qarşı bu şərtlərlə bağlı olmaq hüququnuz olduğunu bildirirsiniz, bu halda "siz" və ya "sizin" terminləri bu hüquqi şəxsə, onun filiallarına və onunla əlaqəli istifadəçilərə aiddir. Əgər belə bir səlahiyyətiniz yoxdursa və ya bu qaydalarla razı deyilsinizsə, bu müqaviləni qəbul etməməli və Meqakod.com xidmətlərindən istifadə edə bilməzsiniz. Meqakod.com bu şərtlərə əhəmiyyətli dəyişikliklər edərsə, dəyişiklik qüvvəyə minməzdən əvvəl sizi e-poçt vasitəsilə xəbərdar edəcəyik və ya veb saytımızda bildiriş yerləşdirəcəyik. Cari xidmətləri təkmilləşdirən hər hansı yeni xüsusiyyətlər, o cümlədən yeni alətlər, materiallar və resurslar bu qaydalara tabedir. Hər hansı bu cür dəyişikliklərdən sonra, Xidmətdən istifadəni davam etməyiniz, həmin dəyişiklikləri qəbul etdiyiniz anlamına gəlir. Aşağıdakı qaydaların hər hansı birinin pozulması hesabınızın bağlanılması ilə nəticələnəcək.


Əsas məqamlar

1. Meqakod.com texniki dəstəyi elektron poçt vasitəsilə, Azərbaycan, İngilis və Rus dillərində göstərir.

2. Siz qəbul edirsiniz ki, Meqakod.com, öz xidmətlərini yerinə yetirmək üçün, tələb olunan zəruri avadanlıq və proqram təminatından, şəbəkələrdən, məlumatların saxlanması üçün üçüncü tərəf aid təchizat və hostinq xidmətlərindən istifadə edir.

3. Siz Xidməti dəyişdirməməyə, uyğunlaşdırmamağa, sındırmamağa və Meqakod.com Xidmətinə və ya digər Meqakod.com xidmətləri ilə əlaqəli olduğu barədə yanlış təəssürat yaradacaq şəkildə, digər saytları dəyişdirməməyə razılaşırsınız.

4. Siz Meqakod.com-un yazılı icazəsi olmadan, Xidmətin hər hansı hissəsini, materialını, Xidmətdən istifadəni və ya Xidmətə girişi, kopyalamamağa, satmamağa və ya istismar etməməyə razılaşırsınız.

5. Biz qeyri-dəqiq, təhqiredici, böhtan xarakterli, pornoqrafik, qeyri-qanuni, ədəbsiz və ya hər hansı tərəfin əqli mülkiyyətini və ya bu "İstifadə qaydaları"nı pozan materialları silə və hesabları bağlaya bilərik, lakin bununla bağlı heç bir öhdəliyi üzərimizə götürmürük.

6. Xidmətin hər hansı istifadəçisinə, əməkdaşına, üzvünə qarşı şifahi, fiziki, yazılı və ya digər zorakılıq formaları (zorakılıq və ya qisas təhdidləri daxil olmaqla) hesabın dərhal bağlanması ilə nəticələnəcək.

7. Siz qəbul edirsiniz ki, xidmətlərin texniki emalı və ötürülməsi, o cümlədən kontentiniz, müxtəlif şəbəkələr üzərindən şifrələnmədən ötürülə bilər.

8. Siz qaydalara zidd olan elektron məktubları və ya "spam" mesajlarını yerləşdirməməli və ya ötürməməlisiniz.

9. Siz virus və ya təhlükəli xarakterli heç bir kodu ötürməməlisiniz.

10. Xidmətin ötürücülük qabiliyyətindən istifadə edərkən, istifadə etdiyiniz həcm, digər Meqakod.com istifadəçilərinin istifadə etdiyi orta həcmdən əhəmiyyətli dərəcədə yüksək olarsa (həcm yalnız Meqakod.com tərəfindən ölçülür), biz, Xidmətin ötürücülük qabiliyyətindən istifadəni siz tərəfdən məhdudlaşdırmaq məqsədilə, Xidmətin ötürücülük qabiliyyətindən istifadə həcmini azaltana qədər, materiallardan istifadəni məhdudlaşdırmaq və ya hesabınızı dərhal bağlamaq hüququnu özümüzdə saxlayırıq.

11. Meqakod.com xidmətlərinin və ya materiallarının xüsusi tələblərinizə cavab verəcəyinə, Xidmətin fasiləsiz, vaxtında, təhlükəsiz və ya xətasız olacağına, Xidmətdən istifadə nəticəsində əldə edilə biləcək nəticələrin dəqiq və ya etibarlı olacağına, Xidmət vasitəsilə satın aldığınız və ya əldə etdiyiniz hər hansı məhsulun, xidmətlərin, məlumatın və ya materialın keyfiyyəti, gözləntilərinizə cavab verəcəyinə zəmanət vermir.

12. Siz qəbul edirsiniz və razılaşırsınız ki, Meqakod.com hər hansı birbaşa, dolayı, təsadüfi, xüsusi, cəza zərərlərinə, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, mənfəət, nüfuz, istifadə hüququ, məlumat itkisi ilə bağlı zərərlərə və ya digər qeyri-maddi itkilərə (hətta Meqakod.com-a belə zərərin mümkünlüyü barədə məlumat verilsə belə) görə məsuliyyət daşımır.

13. Meqakod.com-un "İstifadə Qaydaları"nın hər hansı hüquq və ya müddəasını həyata keçirməməsi və ya tətbiq etməməsi belə hüquq və ya müddəadan imtina etməsi demək deyil. "İstifadə Qaydaları" sizinlə Meqakod.com arasında bütün müqaviləni təşkil edir və sizinlə Meqakod.com arasında mövcud olan hər hansı əvvəlki müqavilələri əvəz edərək, Xidmətdən istifadənizi tənzimləyir.

14. Meqakod.com bu "İstifadə Qaydaları"nı vaxtaşırı yeniləyə bilər. Meqakod.com hesabınızla əlaqəli e-poçt ünvanına bildiriş göndərməklə və ya saytda bildiriş yerləşdirməklə, əhəmiyyətli dəyişikliklər barəsində sizi xəbərdar edəcək.

15. Meqakod.com istənilən vaxt xəbərdarlıq edərək və ya etmədən Xidmətlərini və ya materiallarını (və ya onun hər hansı bir hissəsini) müvəqqəti və ya daimi olaraq dəyişdirmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

16. Meqakod.com Xidmətlərinin hər hansınısa dəyişdirilməsinə və ya dayandırılmasına görə, sizin və ya üçüncü tərəf qarşısında məsuliyyət daşımır.

17. Xidmət şərtləri ilə bağlı suallar [email protected] ünvanına ünvanlanmalıdır.


Şəxsi hesabdan istifadə qaydaları

1. 14 və ya daha yuxarı yaşda olmalısınız.

2. İnsan olmalısınız. "Botlar" və ya digər avtomatik vasitələrlə qeydiyyatdan keçmiş hesablar qadağandır.

3. Siz öz həqiqi adınızı, soyadınızı, aktiv e-poçt ünvanınızı və qeydiyyat prosesini başa çatdırmaq üçün, tələb olunan hər hansı digər məlumatları təqdim etməlisiniz.

4. Şəxsi hesabınızdan yalnız bir şəxs istifadə edə bilər - eyni hesabı bir neçə nəfərlə paylaşmaq qadağandır.

5. Hesabınızın və şifrənizin təhlükəsizliyinə cavabdehsiniz. Meqakod.com sizin bu öhdəliyi yerinə yetirmədiyiniz üçün, hər hansı itki və ya zərərə görə məsuliyyət daşıya bilməz və daşımayacaq.

6. Hesabınız vasitəsilə baş verən bütün fəaliyyətlərə görə məsuliyyət daşıyırsınız.

7. Bir şəxsin və ya bir hüquqi şəxsin birdən artıq hesabı ola bilməz.

8. Siz Xidmətimizdən hər hansı qeyri-qanuni və ya icazəsiz məqsədlər üçün istifadə edə bilməzsiniz. Xidmətdən istifadə edərkən, yurisdiksiyanızdakı qanunları pozmamalısınız (o cümlədən, müəllif hüququ və ya ticarət nişanı qanunu).


Müəllif hüququ və kontent mülkiyyəti

1. Biz veb-servisimizdə yerləşdirilən bütüb materialların əqli mülkiyyət hüquqlarına iddia edirik.

2. Materiallarımız Creative Commons BY-SA 4.0 lisenziyası əsasında paylaşılır.

3. Xidmətdə yerləşdirilən materialların hər hansı istifadəsi üçün, mənbə kimi Meqakod.com saytına istinad göstərməlisiniz.

4. Meqakod.com və onun nümayəndələri öz mülahizələri əsasında veb-servisimizdə mövcud olan hər hansı məzmunu dərc etməmək və ya silməmək hüququna (öhdəlik deyil) malikdirlər.


Məlumatların toplanması, saxlanması, istifadəsi və açıqlanması

1. Biz, xidmətimizlə əlaqə qurarkən, istifadə olunan istifadəçi məlumatlarını toplayır və saxlayırıq. Biz, istifadəçi tərəfindən hansı səhifələrin sorğulandığı və ya ziyarət edildiyi barədə məlumatları, həmçinin istifadəçi tərəfindən könüllü olaraq təqdim edilən hər hansı məlumatları (məsələn, sorğu məlumatları və ya qeydiyyat zamanı daxil edilmiş məlumatlar) toplayırıq.

2. Meqakod.com saytında qeydiyyatdan keçərkən adınız, soyadınız və e-poçt ünvanınız haqqında məlumat tələb olunur. Meqakod.com toplanmış məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edir: istifadəçini xidmət, materiallar və məhsullarla təmin etmək üçün, istifadəçini identifikasiya və autentifikasiyası üçün, xidməti təkmilləşdirmək üçün, ünsiyyət vasitəsi və tədqiqat məqsədləri üçün.

3. İstifadəçi, Meqakod.com platformasında onlayn kurs keçərkən, istifadəçidən topladığımız məlumatları, o cümlədən istifadəçinin kursa davamiyyətini, kursdakı gedişatını, habelə kursu bitirib-bitirməməsi barədə məlumatları istifadə və emal edirik. Şəxsi məlumatlarınız, eləcə də kursda iştirakınız haqqında məlumatlarınız, kursların yaradılmasında, təkmilləşdirilməsində, göstərilən dəstəkdə, təlimatçılarla və ya kurs köməkçilərilə, eləcə də təlimatçı tərəfindən təyin edilmiş köməkçilərlə paylaşıla bilər.

4. Topladığımız məlumatlar, saytımızın kontentini yaxşılaşdırmaq və ümumilikdə xidmətin, materialların və kursların keyfiyyətini artırmaq üçün istifadə olunur. Bu məlumatlar, kommersiya məqsədləri üçün, üçüncü tərəflərə paylaşılmır və ya satılmır. Bizim serverlərimiz Avropada, OVH platformasında yerləşir.

5. Meqakod.com, Xidmətinin fəaliyyəti üçün zəruri olan avadanlıq, proqram təminatı, şəbəkə, məlumatların saxlanması və əlaqəli texnologiyalarla Xidmətini təmin etmək üçün, üçüncü tərəfin təchizat və hostinq xidmətlərindən istifadə edir. Meqakod.com Xidmətin koduna, verilənlər bazasına, materiallara və Meqakod.com-dan istifadə üçün bütün hüquqlara sahib olsa da, siz, ödəniş etdiyiniz məlumatlara, materiallara aid bütün hüquqlarınızı qoruyursunuz.

6. Meqakod.com şəxsi məlumatları xüsusi hallarda, məsələn, məhkəmə qərarlarına uyğun olaraq və ya hərəkətləriniz istifadə qaydalarını pozduqda açıqlaya bilər.


Qiymətlər və ödəniş

1. Kursların və ya xidmətlərin qiymətləri və şərtləri, həmin kursa aid olan səhifədədir. Abunə qiyməti ilə razılaşsanız, ödəniş edilən tarif müddəti ərzində həmin qiymət, sizin üçün olduğu kimi qalacaq; lakin ödəniş müddətinin sonunda qiymətlər dəyişdirilə bilər.

2. Aylıq və ya illik tarif planları üçün əvvəlcədən ödəniş edilir və tarif planına uyğun olaraq, materiallar və ya xidmət, qabaqcadan, tam olaraq, təqdim edildiyinə görə, ödənilən məbləğ və ya məbləğin hər hansısa bir hissəsi, səbəbindən asılı olmayaraq, geri qaytarılmır. İstifadə edilməmiş müddət üçün heç bir geri ödəniş və ya kredit verilməyəcək və pul geri qaytarılmayacaq. Xidmət, ödəniş edilən tarif müddəti ərzində aktiv qalacaq. Hər kəsə bərabər yanaşmaq üçün heç bir istisna edilməyəcək.

3. Siz Xidmətdən istifadənizlə bağlı vergilər də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyət daşıyırsınız. Xidmətdən istifadə etməklə siz, Xidmətdən istifadənizlə əlaqədar, çəkilən hər hansı xərcləri Meqakod.com-a ödəməyə razılaşırsınız. Bu qaydalar ilə razı deyilsinizsə, lütfən, bizimlə əlaqə saxlayın.