PYTHON OYP KURSU

OYP (Obyekt yönümlü proqramlaşdırma) kursu, Python proqramlaşdırma dilinə başlanğıc səviyyədə yiyələnənlərə, OYP mövzusunu öyrənməyə və Python bilik səviyyəsini yüksəltməyə imkan verəcək. Bu kurs Python proqramlaşdırma kursunun məntiqi davamıdır. Python proqramlaşdırma dilinin əsaslarını bilmədən bu kursu mənimsəmək çətin olacaq. Bu kurs vasitəsilə siz, Python proqramlaşdırma biliklərini genişləndirərək, daha professional səviyyədə proqramlaşdırmağı bacaracaqsınız.
hazırlanır...
hazırlanır...
hazırlanır...
sertifikat
Kurs hazırlanır

OYP NƏDİR

Obyekt yönümlü proqramlaşdırma (OYP) - proqram təminatının hazırlanmasında geniş istifadə olunan məşhur proqramlaşdırma paradiqmasıdır. Obyekt yönümlü proqramlaşdırmada əsas anlayışlar obyektlər və siniflərdir. Sinif - obyektlərin xüsusiyyətlərini təsvir edən tipdir. Obyekt - sinfin bir nümunəsidir. Python obyekt yönümlü proqramlaşdırma olduğundan bu prinsiplərə əməl edir. Pythonda hər şey obyektdir. Standart olaraq Python-da mövcud olan integer, string, list və s. tipli obyektlərin öz sinifləri vardır. Bu siniflər məhz OYP hesabına tərtib edilib. Bu kurs hesabına siz, Python bilik səviyyənizi yüksəldərək, artıq öz sinflərinizi və bu sinflərin xüsusiyyətlərinə uyğun olan obyeklər tərtib edə biləcəksiniz. Bu artıq proqramlaşdırmanın daha yüksək səviyyəsidir. Python-da OYP ilə tanış olmadan da genişmiqyaslı proyektlər tərtib etmək olar. Buna baxmayaraq əgər siz Django kimi framework vasitəsilə web proyektlər üzərində işləmək planlaşdırırsınızsa, o zaman OYP biliklərinə sahib olmaq vacibdir.

ƏLDƏ EDƏCƏYİNİZ BİLİKLƏR

Siniflər
Obyektlər
Atributlar
Sinfin nümunələri
Metodlar
"Sehirli" metodlar
Xüsusiyyətlər
Dekoratorlar
Miras
İstisnalar
Getter və setter-lər
Polimorfizm
İnkapsulyasiya
Slots
Qorunan metodlar və atributlar
Sinflərin ad sahələri

BU KURS KİMLƏR ÜÇÜNDÜR

Python proqramlaşdırma kursunu bitirənlər üçün

Python proqramlaşdırma kursunu bitirənlər artıq Python proqramlaşdırma dilinin başlanğıc səviyyəsinə yiyələniblər. Python-da proqramlaşdırmanın daha yüksək səviyyəsi - obyekt yönümlü proqramlaşdırmadır. Python-da proqramlaşdırma səviyyəsini artırmağın yolu - obyetk yönümlü proqramlaşdırma biliklərinə sahib olmaqdır. Yüksək səviyyəyə yiyələnmək istəyən tərtibatçının OYP biliklərinə malik olmağı çox vacibdir çünki, böyük proyeklərdə obyektyönümlü proqramlaşdırmadan hər zaman istifadə edilir.

OYP biliklərinin lazım olduğu sahəni seçənlər üçün

Bildiyimiz kimi Python proqramlaşdırma biliklərini müxtəlix İT sahələrində tətbiq etmək mümkündür. Bu sahələrdən biri də web tərtibatçılıqdır. Web tətibatçı, Python proqramlaşdırma texnologiyası vasitəsilə, müxtəlif web proqramları tərtib edə bilir. Web proqram - istifadəçinin brauzerdən istifadə edərək web serverlə qarşılıqlı əlaqədə olduğu proqramıdır (Misal üçün, hər hansısa sayt). Web proqramların tərtib ediləməsi üçün nəzərdə tutulan və Python proqramlaşdırma dilində tərtib edilən Django, Flask kimi məşhur framework-lar vasitəsilə proqram tərtib etmək istəyən tərtibatçı mütləq OYP biliklərinə malik olmalıdır

KURSUN FORMATI

Onlayn video dərslər

Python OYP kursunun nəzəri hissəsi, yüksək keyfiyyətli video dərslərdən ibarətdir. Videoları istənilən vaxt, istənilən cihazdan, onlayn izləyə bilərsiniz. Dərslərimiz, hər mövzunu ayrı-ayrılıqda ətraflı əhadə edən qısa və lokanik videolardan ibarətdir. Python OYP mövzusu genişləndikcə, kursu mütəmadi olaraq yeniləyərək, onun aktuallığını saxlayırıq.

İnteraktiv tapşırıqlar

Əldə etdiyiniz bilikləri möhkəmləndirmək üçün, hər öyrənilən mövzuya uyğun tapşırıqlar tərtib etmişik. Tapşırıqlar interaktiv rejimdə tərtib edildiyindən, daxil edilən kodun doğruluğu və alınan nəticə avtomatik olaraq onlayn rejimdə, müəllimin iştirakı olmadan yoxlanılır. Tapşırığı uğurla həll etdikdən sonra müəllimin həll variantı ilə də tanış ola biləcəksiniz.

Müəllim dəstəyi

Kursu keçən tələbələrə müəllim tərəfindən tam dəstək göstəriləcək. Hər hansısa mövzu və yaxud tapşırıq haqqında sual yaranarsa, həmin mövzunun və yaxud tapşırığın səhifəsində yerləşən xüsusi komment bölməsində sualınızı yerləşdirə bilərsiniz. Sualınız müəllim və yaxud digər tələbələr tərəfindən tez bir zamanda cavablandırılacaq.