PYTHON PROQRAMLAŞDIRMA KURSU

Proqramlaşdırmanı yeni öyrənənlər və artıq təcrübəsi olanlar üçün onlayn Python proqramlaşdırma kursu. Python proqramlaşdırma dilinin əsas prinsiplərini sıfırdan öyrənin və proqram yazmağı başlayın. Python, web proqramları və neyron şəbəkələri tərtib etmək, elmi hesablamalar aparmaq, prosesləri avtomatlaşdırmaq, DataScience, QA test, kiber təhlükəsizlik və s. üçün istifadə olunur. Heç vaxt proqramlaşdırmamısınızsa belə, bu dili öyrənmək çox asandır.
13 saatlıq video
70 dərs
560 tapşırıq
sertifikat
Kursa pulsuz başla

NİYƏ MƏHZ PYTHON

Python proqramlaşdırma dili yeni başlayanlar üçün mükəmməl bir dildir. Python dilində kod yazmaq və yazılmış kodu oxumaq asandır. Python dili proqramlaşdırma dillərinin populyarlıq reytinqində ən yüksək yer tutur. Bu dildən istifadə edə bilən tərtibatçılara tələbat getdikcə artır. Yeni başlayanlar üçün bu dili öyrənmək çox asandır. Sadəliyinə görə yeni başlayanlara proqramlaşdırmanı öyrənməyi məhz bu dildən başlamaqları məsləhət görülür. Yeni başlayanlar, Python kursu vasitəsilə, tez bir zamanda, ilk proqramlarını yazmağı öyrənəcəklər. Python sadə olmağı ilə yanaşı həm də çoxşaxəli dildir. Bu dil demək olar ki, bütün İT sahələrində - proqramlaşdırma, məlumatların təhlili, sistemin idarə edilməsi, robotlaşma, suni intellekt və testləşmədə tələb olunur. Google, YouTube, Facebook, Microsoft, Intel, NASA və s. kimi nəhəng şirkətlər öz məhsullarında Python-dan istifadə edirlər. Python proqramlaşdırma dili, dünyada geniş istifadə olunan yüksək səviyyəli proqramlaşdırma dilidir. Bu dil, veb tərtibatda, məlumatların təhlilində, maşın öyrənməsi və süni intellekt də daxil olmaqla, geniş sahələrdə istifadə edilə bilən, çox yönlü bir dildir. Python proqramlaşdırma dilini əsas üstünlükləri, onun sadəliyi və istifadəsi asanlığıdır. Python, bir çox digər proqramlaşdırma dilləri ilə müqayisədə öyrənməyi və başa düşməyi asanlaşdıran, təmiz və yığcam sintaksisi malikdir. Ona görə də bu dil, proqramlaşdırmanı yenicə öyrənməyə başlayanlar üçün ideal bir proqramlaşdırma dilidir. Python həm də müxtəlif sahələrdə tətbiq edilə bilinən, çox yönlü bir dildir. O, adətən veb-saytların, veb proqramların və veb xidmətlərinin qurulması da daxil olmaqla, veb tertibat üçün istifadə olunur. O, həmçinin məlumat elmində (data science) və maşın öyrənməsində (machine learning) geniş istifadə olunur. Python açıq mənbəli bir dildir, yəni ondan istifadə pulsuzdur və xüsusi ehtiyacları ödəmək üçün dəyişdirilə və fərdiləşdirilə bilər. Bu, onu bahalı lisenziya ödənişlərinə ehtiyac olmadan, fərdi proqram həlləri hazırlamaq istəyən müəssisələr və təşkilatlar üçün ideal dilə çevirir. Python-u öyrənməyin başqa bir faydası, tərtibatçıların və istifadəçilərin sayının çox olmasıdır. Bir çox onlayn forumlar var ki, orada digər Python tərtibatçıları ilə əlaqə saxlaya, suallar verə və bilik və təcrübənizi paylaşa bilərsiniz. Python həm yeni başlayanlar, həm də təcrübəli tərtibatçılar üçün əla proqramlaşdırma dilidir. Onun sadəliyi, çox yönlüliyi və açıq mənbəli olması, onu veb tərtibat, məlumatların təhlili, maşın öyrənməsi və süni intellekt kimi geniş sahələrdə tətbiq edilə bilməsi, onu ideal dilə çevirir.

PROQRAMLAŞDIRMA DİLLƏRİNİN REYTİNQİ

TIOBE indeksində birinci yer

TIOBE indeksinə əsasən, Python C, C++, Java, JavaScript kimi məşhur proqramlaşdırma dillərini qabaqlayaraq, reytinqdə liderliyə sahibdir.

PYPL indeksində birinci yer

Ən son məlumatlar Python-un hələ də rəqiblərinə qarşı güclü populyarlıq liderliyini saxladığını göstərir. PYPL indeksi ilə toplanmış məlumatlar göstərir ki, bütün dərslik axtarışlarının demək olar ki, üçdə biri Python-da proqramlaşdırmağı öyrənmək üçün olub.

ƏLDƏ EDƏCƏYİNİZ BİLİKLƏR

Python yüklənməsi
PyCharm IDE ilə tanışlıq
Sintaksis ilə tanışlıq
Python proqramının icra variantları
Dəyişənlərin yaradılması
Məlumatların daxil və xaric edilməsi
Standart obyektlər ilə tanışlıq
Məntiq tipli əməliyyatlar
Pattern Matching
Dövrü tipli əməliyyatlar
Standart funksiyalar ilə tanışlıq
Yeni funksiyaların tərtib edilməsi
Modullar ilə əməliyyatlar
İstisnaların idarə edilməsi
Fayllar üzərində əməliyyatlar
Tarix və vaxt ilə əməliyyatlar

BU KURS KİMLƏR ÜÇÜNDÜR

Yeni başlayanlar üçün

Python proqramlaşdırma dilinin sintaksisi digər proqramlaşdırma dillərinə nisbətən sadə olduğundan, bu dil yeni başlayan proqramçılar üçün ən doğru seçimdir. Dilin sintaksisinə yiyələnərək, yeni başlayan proqramçı, qısa biz zamanda ilk kodunu yaza bilir. Python dilinin əsasına yiyələnənədən sonra, IT sahəsinin istənilən ixtisasını (sistem administratoru, tərtibatçı, sınaqçı, informasiya təhlükəsizliyi və s.) seçə bilərsiniz.

Analitiklər üçün

Python-dan təkcə tərtibatçılar deyil, həm də analitiklər istifadə edirlər. Misal olaraq Data Science peşəsinə yiyələnmək istəyənlər ilk olaraq Python proqramlaşdırma dilini bilməlidirlər. Məlumatların emal edilməsi üçün nəzərdə tutlan hazır "alətlərin" hamısı demək olar ki Python-da tərtib edilib. Bu dilin əsasına yiyələnəndən sonra, artıq Tensorflow, Keras, Pandas, Numpy, Matplotlib, Scikit-learn, Pytorch və s. kimi məşhur framework-lərin iş prinsipləri ilə tanış ola bilərsiniz.

Digər proqramlaşdırma dillərini bilənlər üçün

Artıq proqramlaşdırmada təcrübəsi olan və digər proqramlaşdırma dillərini bilənlər, bu kursun hesabına, dil biliklərini genişləndirə bilərlər. Python proqramlaşdırma dilinin sintaksisi sadə olduğundan, təcrübəsi olan proqramçı tez bir zamanda yeni proqramlaşdırma dilinə yiyələnə biləcək.

KURSUN FORMATI

Onlayn video dərslər

Python proqramlaşdırma kursunun nəzəri hissəsi, yüksək keyfiyyətli video dərslərdən ibarətdir. Videoları istənilən vaxt, istənilən cihazdan, onlayn izləyə bilərsiniz. Dərslərimiz, hər mövzunu ayrı-ayrılıqda ətraflı əhadə edən qısa və lokanik videolardan ibarətdir. Python proqramlaşdırma dili inkişaf etdikcə , kursu mütəmadi olaraq yeniləyərək, onun aktuallığını saxlayırıq.

İnteraktiv tapşırıqlar

Əldə etdiyiniz bilikləri möhkəmləndirmək üçün, hər öyrənilən mövzuya uyğun tapşırıqlar tərtib etmişik. Tapşırıqlar interaktiv rejimdə tərtib edildiyindən, daxil edilən kodun doğruluğu və alınan nəticə avtomatik olaraq onlayn rejimdə, müəllimin iştirakı olmadan yoxlanılır. Tapşırığı uğurla həll etdikdən sonra müəllimin həll variantı ilə də tanış ola biləcəksiniz.

Müəllim dəstəyi

Kursu keçən tələbələrə müəllim tərəfindən tam dəstək göstəriləcək. Hər hansısa mövzu və yaxud tapşırıq haqqında sual yaranarsa, həmin mövzunun və yaxud tapşırığın səhifəsində yerləşən xüsusi komment bölməsində sualınızı yerləşdirə bilərsiniz. Sualınız müəllim və yaxud digər tələbələr tərəfindən tez bir zamanda cavablandırılacaq.

SERTİFİKAT

Python proqramlaşdırma kursunu bitirən tələbələr, rəqəmsal sertifikat ilə təmin olunurlar.

Sertifikat, kursu bitirən tələbənin bacarıq və biliklərinin təsdiqidir.

Sertifikatın olması CV və ya peşəkar profilinizə etibarlılıq əlavə edir. İşəgötürənlər adətən səriştəlilik və etibarlılıq ölçüsü kimi sertifikatı olan işçilərə daha üstünlük verirlər. Sertifikat sizin tələb olunan təcrübəyə və biliklərə malik olduğunuzu təsdiq edir.

QİYMƏT

Kursun ilk 10 mövzusu, kurs ilə tanışlıq məqsədilə pulsuzdur. Pulsuz olaraq təqdim olunan mövzular və tapşırıqlar ilə tanış olaraq, kursun sizə uyğun olub-olmamasını yoxlaya bilərsiniz. Birdəfəlik ödəniş edərək kursun materiallarını, bir il müddət ərzində, tam olaraq əldə edə bilərsiniz. Ödəniş aylıq yox, birdəfəlikdir
Kursun qiyməti
119 AZN
70 nəzəri video dərs
560 praktiki tapşırıq
Birdəfəlik ödəniş
Müəllimin həlli
Müəllimin dəstəyi
Rəqəmsal sertifikat
Kursa pulsuz başla