MƏXFİLİK SİYASƏTİ

Bu Siyasət https://meqakod.com/ (bundan sonra "Saytımız" adlandırılacaq) saytından istifadə etdiyiniz zaman şəxsi məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu təsvir edir.


Hansı məlumatları toplayırıq

Biz, saytımızda qeydiyyatdan keçdiyiniz zaman könüllü olaraq bizə təqdim etdiyiniz şəxsi məlumatları toplayırıq. Buraya adınız, soyadınız, e-poçt ünvanınız daxildir. Biz həmçinin IP ünvanınız, brauzerinizin növü və əməliyyat sisteminiz kimi kompüteriniz və ya mobil cihazınız haqqında məlumat toplaya bilərik. Biz, istifadəçi tərəfindən hansı səhifələrin sorğulandığı və ya ziyarət edildiyi barədə məlumatları toplayırıq. İstifadəçi saytımızda xidmətlərimizdən istifadə edərkən, istifadəçinin iştirak etdiyi kurslar barəsində məlumatı, istifadəçinin ödəniş etdiyi kurslar barəsində məlumatı, kursa davamiyyətini, kurs materiallarından istifadə məlumatlarını, kursun gedişatı haqqında məlumatı, istifadəçinin həll variantlarını, istifadəçinin kurs barəsində verdiyi sualları, istifadəçinin kurs barəsində yazdığı rəyi, başa vurduğu dərslər və tapşırıqlar haqqında məlumatları, kursu bitirib-bitirməməsi barədə məlumatları toplayırıq.


Məlumatlarınızdan necə istifadə edirik

Biz məlumatları, istifadəçini xidmətlərimizlə, kurs materialları ilə, digər məhsullarla təmin etmək üçün, istifadəçini identifikasiya və autentifikasiyası üçün, xidməti təkmilləşdirmək üçün, ünsiyyət vasitəsi və tədqiqat məqsədləri üçün istifadə edirik. Məlumatlar kommersiya məqsədləri üçün, üçüncü tərəflərə paylaşılmır və ya satılmır.


Məlumatınızı necə qoruyuruq

Biz sizin şəxsi məlumatlarınızı icazəsiz daxil olmalardan, açıqlanmalardan və ya məhv olmaqdan qorumaq üçün müvafiq tədbirlər görürük. Şəxsi məlumatlarınıza girişi yalnız səlahiyyətli işçilər üçün məhdudlaşdırmaq məqsədilə standart şifrələmə texnologiyalarından istifadə edirik.


Hüquqlarınız

İstənilən vaxt şəxsi məlumatlarınıza giriş əldə etmək və yeniləmək hüququnuz var. Şəxsi məlumatlarınızı silməyimizi tələb etmək hüququnuz da var. Buna baxmayaraq, hüquqi və ya inzibati məqsədlər üçün müəyyən məlumatları saxlamağımız tələb oluna bilər.


Kukilər

İstifadəçi tərəfindən saytımızın necə istifadə edildiyini təhlil etmək və istifadəçini fərdiləşdirmək üçün kukilərdən istifadə edə bilərik. Siz veb brauzerinizin parametrləri vasitəsilə kukilərin istifadəsinə nəzarət edə bilərsiniz.


Məxfilik siyasətimizə edilən dəyişikliklər

Saytımızdakı, xidmətlərimizdəki və ya qanuni tələblərdəki dəyişiklikləri əks etdirmək üçün bu məxfilik siyasətini vaxtaşırı yeniləyə bilərik. Məxfilik siyasətimizə dair hər hansı yeniliklər bu səhifədə yerləşdiriləcək.


Əlaqə

Məxfilik siyasətimizlə bağlı hər hansı sualınız və ya narahatlığınız varsa, lütfən, bizimlə əlaqə saxlayın.